Beynəlxalq uçuşlar bərpa olunsa, bu sənədin tanınmasına ehtiyac olacaq - AÇIQLAMA

"Beynəlxalq uçuşlar bərpa olunsa, müxtəlif ölkələrdə COVİD-19 testindən keçmə sənədlərinin qarşılıqlı tanınmasına ehtiyac olacaq".

 

TED.az xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov deyib: "Məsələn, Azərbaycandan Türkiyəyə gedən vətəndaş koronavirus testindən keçib və ona neqativ nəticə barədə sənəd verilibsə, bu, Türkiyədə tanınacaq. Beləliklə vətəndaş bu ölkədə də karantinə alınmayacaq. Həmçinin digər ölkələrdən Azərbaycana gələnlərdən də test barədə sənəd tələb olunacaq. Bu sənədlərin qarşılıqlı tanınmasına ehtiyac olacaq".

 

Xatırladaq ki, fəaliyyətinə icazə verilən sahələr üzrə iş rejimi pandemiya dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan müvafiq sanitar-epidemioloji qaydalara və metodiki göstərişlərə uyğun həyata keçirilməlidir. Qaydaların pozulması qanunvericiliklə nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti yaradır.

 

Bir daha hamını şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, ictimai yerlərdə kənar şəxslərlə minimum kontaktda olmağa, mövcud preventiv tədbirlərin şərtlərinə riayət etməyə çağırırıq. Sanitar-epidemioloji vəziyyətə uyğun olaraq müəyyən edilmiş yerlərdə qoruyucu vasitələrdən istifadə və sosial məsafənin gözlənilməsi mütləqdir.

 

Qeyd edək ki, Nazirlər Kabineti bu gün yaydığı məlumatda Bir daha hamını şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, ictimai yerlərdə kənar şəxslərlə minimum kontaktda olmağa, mövcud preventiv tədbirlərin şərtlərinə riayət etməyə çağırırıq. Sanitar-epidemioloji vəziyyətə uyğun olaraq müəyyən edilmiş yerlərdə qoruyucu vasitələrdən istifadə və sosial məsafənin gözlənilməsi mütləqdir.

 

Lamiyə SÜLEYMANLI

Ted.az

ƏVVƏLKİ XƏBƏR

Koronavirusun uçuşları daha bahalı etməsi gözlənilirmi? - Pandemiya onlara nə qədər təsir edəcək?

SONRAKI XƏBƏR

TƏBİB: Yüzlərlə şəxs yas mərasimində koronavirusa yoluxub