Ləki-Qəbələ dəmir yolu (VİDEO)

Ləki-Qəbələ dəmir yolu (VİDEO)

Ləki- Qəbələ birxətli dəmir yolunun tikinti-quraşdırma işlərinin 70%-i tamamlanıb.

Dəmir yolu xətti ox üzrə 42.3 km, yan yollarla birlikdə isə 44.49 km-dir. dəmir yolu xətti çətin dağlıq relyefdə layihələndirildiyinə görə torpaq yatağı yüksək qazma və tökmələrdən keçir.

Ümumilikdə dəmir yolu xəttinin torpaq yatağının 98%-i və 23.24 km dəmir yolunun üst quruluşu üzrə tikinti-quraşdırma işləri tamamlanıb.

2018-ci ildə tikintisinə başlanılan sürətli qatarın təhlükəsizliyini təmin etmək üçün dəmir yolu boyunca metal hasarın çəkilməsi də nəzərdə tutulub.

Mənbə: www.realtv.az