Apreldə ölkəyə gələn xarici vətəndaşların sayı 91,7 faiz azalıb

Apreldə ölkəyə gələn xarici vətəndaşların sayı 91,7 faiz azalıb

Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycana gələn turistlərin sayı azalıb. Azvision.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib.
Onun sözlərinə görə, bu tendensiya təkcə Azərbaycanda deyil, bütün dünyada müşahidə edilir.
“Ötən illə müqayisədə apreldə Azərbaycana gələn xarici vətəndaşların sayı 91,7 faiz azalıb. Bu gözlənilən idi. Çünki dövlətlər sərhədlərini bağlayıb, gediş-gəliş dayanıb. Mayda da təxminən belə rəqəmlər gözlənilir”.
Azvision.az

Mənbə: azvision.az