“Chevron” işçilərinin 10-15 faizini ixtisar edəcək

“Chevron” işçilərinin 10-15 faizini ixtisar edəcək

Bakı, 30 may, AZƏRTAC

ABŞ-ın neft nəhəngi “Chevron” şirkəti cari ildə qlobal işçi qüvvəsini 10-15 faiz azaltmağı planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Qeyd edək ki, bu, nəhəng neft şirkətləri arasında ən böyük sayda işçi ixtisarı planıdır.

Bütün bu proseslər pandemiyanın bütün neft sənayesinə vurduğu ziyanın göstəricisi kimi qəbul edilir.

Mənbə: azertag.az