Lukaşenko "Qazprom"a mübahisəli borcu ödəməkdən imtina etdi

Lukaşenko "Qazprom"a mübahisəli borcu ödəməkdən imtina etdi

Rusiya dövlətinin “Qazprom”un Belarus istehlakçılarına 165 milyon dollar borc ödəməsi ilə bağlı iddialarının heç bir əsası yoxdur.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı mayın 29-da Belarus Energetika Nazirliyi açıqlayıb.

Nazirlikdən verilən məlumata görə, “Respublikanın idxal olunan təbii qaza görə borcu yoxdur. Ödənişlər Belarusun qaz təchizatı təşkilatları tərəfindən “Qazprom Transgaz Belarus” ilə bağlanır”.

Qeyd olunur ki, Belarus istehlakçıları ilə “Qazprom” arasında tədarükçü kimi təbii qazın kalorili dəyərini nəzərə alaraq qiyməti ilə bağlı fikir ayrılıqları yaranıb.

Bundan əvvəl, “Qazprom” Belarusun çatdırılmış resurs üçün 165 milyon dollardan çox borcu olduğunu və 2021-ci ildə tədarüklərin davam etdirilməsi ilə bağlı danışıqların yalnız borc ödənildikdən sonra davam edəcəyini bəyan edir.

Xəbər verildiyi kimi, 2020-ci ilin birinci rübündə Rusiyanın “Qazprom” şirkətinin qaz ixracından əldə etdiyi gəlir 51,6% azalaraq 6,81 milyard dollara çatıb, hesabat dövründə fiziki qaz ixracı 24,2% azalaraq 46,6 milyard kubmetr metr təşkil edib.

Mənbə: konkret.az