Türkiyə hotellərində müştəri sıxlığı 60 faizi aşmayacaq - AÇIQLAMA

Türkiyə hotellərində müştəri sıxlığı 60 faizi aşmayacaq - AÇIQLAMA

Mayın 29-da Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının təşəbbüsü ilə Türkiyənin aparıcı hotellərinin rəhbər şəxləri ilə “Türkiyə 2020, əyləncəli məzuniyyət və sağlamlıq sertifikatları” mövzusunda onlayn görüş keçirilib.

Turizmplus.az xəbər verir ki, müzakirələrdə iştirak edən qonaqlama və yerləşdirmə müəssisələrinin nümayəndələri bu il Türkiyə hotellərində tədbiq ediləcək bir sıra yeniliklərlə bağlı ətraflı məlumat veriblər.

Çıxış edənlər bildiriblər ki, iyunun 1-dən etibarən Türkiyədə xarici qonaqları qəbul etməkdən ötrü yeni standartlar tədbiq ediləcək və hotellərdə sağlamlıq sertifikatlarının verilməsi üçün yoxlamalara başlanılacaq. Bunla yanaşı, yay mövsümündə Türkiyə hotellərində turistlərin sağlamlığını və təhlükəsizliyini qorumaq üçün müştəri sıxlığının 60 faizi aşmayacağı da qeyd edilib.

Müzakirələrdə iştirak edən hotel nümayəndələri artıq iyun ayının əvvələrindən əcnəbi turistləri qəbul etməyə başlayacaqlarını bildiriblər.

Mənbə: turizmplus.az