Sabir Rüstamov: Məqsədimiz “Vikipediya”nın xarici dil bölmələrində Azərbaycanla bağlı məlumatları zənginləşdirməkdir

Sabir Rüstamov: Məqsədimiz “Vikipediya”nın xarici dil bölmələrində Azərbaycanla bağlı məlumatları zənginləşdirməkdir

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının onlayn “vikipediya” təlimləri davam edir.

Mərkəzi Elmi Kitabxanadan AZƏRTAC-a bildirilib ki, bu dəfə təlimlərdə Azərbaycanın fəal intellektual, vətənpərvər gəncləri iştirak ediblər.

Təlimlərdə iştirak edən, Prezident mükafatçısı Sabir Rüstamov təəssüratlarını AZƏRTAC-la bölüşüb: “Onlayn “vikipediya” təlimləri Mərkəzi Elmi Kitabxananın təlimçiləri tərəfindən peşəkar səviyyədə keçirilir. Onlayn təlimlərdə “Vikipediya”da məqalə yaratmağın qaydaları və ümumi olaraq sərbəst elektron resurs haqqında ətraflı məlumat verildi. Bu gün təlimdə 7 nəfər iştirak edirdik. Məqsədimiz “Vikipediya”nın xarici dil bölmələrində Azərbaycanla bağlı məqalələrin yaradılmasına nail olmaqdır. Tariximiz, mədəniyyətimizlə bağlı məlumatları zənginləşdirməkdir. Fəaliyyətimiz bu istiqamətdə olacaq”.

Təlimlər Mərkəzi Elmi Kitabxananın təlimçisi, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbəsi Fehruz Rzayev tərəfindən keçirilib.

Mənbə: azertag.az