Qazaxıstan aviareysləri bərpa etməyə hazırlaşır - Koreya, Çin və Azərbaycanla...

Qazaxıstan məhdudiyyətlərin yumşaldılmasının yeni mərhələsinə hazırlaşır. Tezliklə ölkənin bölgələri arasında blokpostlar götürüləcək, kinoteatrların işi bərpa olunacaq və ilk xarici aviareyslər açılacaq. Bu barədə Qazaxıstan Baş nazirinin mətbuat xidməti xəbər verib.

Blokpostlar artıq iyunun 1-dən götürüləcək, bölgələr arasında yerdəyişmə azad olacaq. Ancaq bölgələrin baş sanitariya həkimləri və yerli hakimiyyətlər koronavirus ocaqları ətafında lokal blokpostları saxlaya bilərlər.

İyunun 1-dən həm də ölkə üzrə dəmiryol və avtomobil daşımaları bərpa olunacaq.

Bunlardan əlavə, fitnes-zalların və spa-mərkəzlərin işinə icazə veriləcək, ancaq hələlik tamaşaçı olmadan.

Uşaq bağçalarının, təhsil mərkəzlərinin və elmi təşkilatların açılması planlaşdırılır. İyunun 15-dən kinoteatrlar tamaşaçı qəbul etmək hüququ alacaqlar.

«Sanitariya-epidemioloji vəziyyətin sabitliyi nəzərə alınmaqla, ölkənin idarələrarası komisiyasına tapşırılıb ki. beynəlxalq aviareyslərin mərhələli şəkildə bərpası məsələsini işləsinlər:

Birinci mərhələ çərçivəsində Cənubi Koreya, Çin Xalq Respublikası və Azərbaycanla;

İkinci mərhələdə Birləşmiş Ərəb Əmirlikləri, Almaniya, Türkiyə və Tailandla.

Beynəlxalq aviareyslərin bərpası tarixi dövlət sərhədlərinin açılmasından və sanitariya-epidemioloji vəziyyətdənt asılı oaraq müəyyən ediləcək» - rəsmi xəbərdə belə deyilir.

Azpolitika.info

ƏVVƏLKİ XƏBƏR

Putini qovmaq üçün Moskvaya gedən şaman: Özü dispanserə göndərildi

SONRAKI XƏBƏR

Tramp-Twitter toqquşması: Əsrin suallarına cavab tapmaq vaxtıdır - TƏHLİL