Həftə ərzində Azərbaycan neftinin orta qiyməti dəyişməz qalıb

Həftə ərzində Azərbaycan neftinin orta qiyməti dəyişməz qalıb

Bu həftə ərzində (25-29 may) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin orta qiyməti dəyişməyib.

"APA-Economics"in məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti həftə ərzində orta hesabla 35,84 dollara bərabər olub.

Həftə ərzində ən yüksək göstərici – 37,14 dollar təşkil edib, ən minimal göstərici isə 35,09 dollar səviyyəsində olub.

Mənbə: apa.az