“Bank Respublika”ya yeni səhmdar gəlib

“Bank Respublika”ya yeni səhmdar gəlib

“Bank Respublika” ASC-nin səhmdarlarında tərkibində və pay bölgüsündə dəyişikliklər olub.

“Report” bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir.

Məlumata görə, “Bank Respublika”nın səhmlərinin 7,41%-nə nəzarət edən Sevda Natiq qızı Quliyevanın payı Namiq Saday oğlu Quliyevə (yeni səhmdar), 7,32%-nə nəzarət edən Saday Əsəd oğlu Quliyevin payı Elçin Saday oğlu Quliyevə (Müşahidə Şurasının üzvü), 7,17%-nə nəzarət edən mərhum Mariya Heydər qızı Quliyevanın payı isə Natiq Saday oğlu Quliyevə (Müşahidə Şurasının üzvü) keçib.

Bununla yanaşı, N.Quliyev Bankın minoritar səhmdarlarından da 0,02% pay alıb. Beləliklə, onun payı 43,96%-dən 51,15%-ə, E.Quliyevin payı isə 7,74%-dən 15,06%-ə çatıb. Əvəzində minoritar səhmdarlarının payı 0,1%-dən 0,08%-ə düşüb.

Almaniyanın DEG investisiya və "Sparkassen International Development Trust" şirkətlərinin, eləcə də “Bank Respublika”nın Müşahidə Şurasının sədri Şakir Xəyyam oğlu Rəhimovun payları isə dəyişməyərək müvafiq olaraq 16,6%, 4,25% və 5,45% qalıb.

Xatırladaq ki, "Bank Respublika" 1992-ci ildə yaradılıb.

Mənbə: report.az