Kanada iqtisadiyyatı 8,2% azalıb

Kanada iqtisadiyyatı 8,2% azalıb

Bu ilin yanvar-mart aylarında Kanada iqtisadiyyatı 2009-cu ildən bəri ən pis nəticələr nümayiş etdirib. Buna səbəb ölkə daxilində yeni növ koronavirus (COVID-19) pandemiyasının qarşısını almaq məqsədilə müəssisələrin bağlanması və iş yerlərinin ixtisarı olub.

"APA-Economics"in "Financial Post"a istinadən verdiyi xəbərə görə, 2020-ci ilin ilk üç ayında Kanadada ÜDM istehsalı illik ifadədə 8,2% azalıb ki, bu da mart ayında ÜDM-in 7,2% azalması nəticəsində baş verib. Belə ki, Kanadada məhdudlaşdırıcı tədbirlərə məhz martda başlanılıb.

Aprel ayında ölkənin ÜDM-i 11% azalıb.

Hesabat dövründə ev təsərrüfatlarının xərcləri 2,3% azalıb ki, bu da ölkə tarixində ən kəskin rüblük azalma olub.

Mənbə: apa.az