“Nəriman Nərimanov – böyük maarifçi və ictimai-siyasi xadim” konfransına tezis qəbul olunur

“Nəriman Nərimanov – böyük maarifçi və ictimai-siyasi xadim” konfransına tezis qəbul olunur

Bakı, 31 may, AZƏRTAC

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu “Nəriman Nərimanov – böyük maarifçi və ictimai-siyasi xadim” Respublika elmi konfransına tezislər qəbulunu elan edir.

Şərqşünaslıq İnstitutundan AZƏRTAC-a bildirilib ki, konfrans Prezident İlham Əliyevin “Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən keçirilir.

Konfransda iştirak etmək istəyənlər iyunun 30-dək tezislərini [email protected] ünvanına göndərməlidir. Tezisin mətni 1 səhifədən artıq olmamalıdır. “Microsoft Word” redaktorunda “Times New Roman” şriftilə 12 ölçüdə, sətirlərarası interval 1.5 olmaqla yazılmalıdır. Mətnin əvvəlində ortada böyük və tünd şriftlə məruzənin adı, altında sağ tərəfdə kiçik və tünd şriftlə müəllifin adı, ata adı, soyadı, onun altında isə iş yeri, elmi dərəcəsi və elektron ünvanı göstərilməlidir.

Təşkilat komitəsi tezislərin seçilməsi, mətndə düzəlişlər edilməsi və tezislərin geri qaytarılması hüququna malikdir.

Konfransın keçirilməsinin dəqiq tarixi karantin rejimindən asılı olaraq müəyyənləşdiriləcək və bu barədə əlavə məlumat veriləcək.

Mənbə: azertag.az