Azərbaycan bu il 1,6 mln. dollarlıq neft koksu ixrac edib

Azərbaycan bu il 1,6 mln. dollarlıq neft koksu ixrac edib

Bu ilin yanvar-mart aylarında Azərbaycan 17,4 min tona yaxın neft koksu ixrac edib ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 62,5% azdır.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə ixrac edilən neft koksunun dəyəri 1,58 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin ilk üç ayı ilə müqayisədə 65,5% azdır.

Mənbə: apa.az