Azərbaycanda ən çox ixrac əməliyyatları yanvarda aparılıb

Azərbaycanda ən çox ixrac əməliyyatları yanvarda aparılıb

Cari ildə Azərbaycanda ən çox ixrac əməliyyatları yanvar ayında aparılıb.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu il ixrac əməliyyatlarının ən yüksək göstəricisi yanvar, ən aşağı göstəricisi isə martda qeydə alınıb. Belə ki, yanvarda ixrac əməliyyatlarının dəyəri 2 milyard 130,1 milyon ABŞ dolları, martda isə 957,3 milyon dollar təşkil edib.

Qeyd edək ki, cari ilin ilk 4 ayında ölkədə ixracın dəyəri 6 milyard 306,4 milyon dollar olub.

Mənbə: azertag.az