İqtisadiyyat və idarəetmə sahəsində magistr və doktorantların II beynəlxalq elmi konfransı başa çatıb

İqtisadiyyat və idarəetmə sahəsində magistr və doktorantların II beynəlxalq elmi konfransı başa çatıb

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 90 illik yubileyinə həsr olunan İqtisadiyyat və idarəetmə sahəsində magistr və doktorantların II beynəlxalq elmi konfransı onlayn seksiyalarla davam edib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, konfrans seksiyalarının ilk günündə 35 seksiyada 167 iştirakçı məruzə ilə çıxış edib. Mayın 31-də isə 30 seksiya keçirilib və bununla da konfrans öz işini başa vurub.

Konfransın seksiyaları ictimaiyyətə açıq keçirilib, hər bir şəxs seksiyaları dinləmək üçün proqramdakı “Zoom” platforması linkinə daxil olaraq dinləyici kimi iştirak edib.

Beynəlxalq konfrans UNEC-in təşkilatçılığı və “Paşa Holdinq” şirkətlər qrupunun dəstəyilə keçirilib.

Mənbə: azertag.az