Karantin rejimi yumşaldıldı: Ticarət və xidmət sektorunda nə baş verəcək? - ŞƏRH

Karantin rejimi yumşaldıldı: Ticarət və xidmət sektorunda nə baş verəcək? - ŞƏRH

Gözləntilərə əsasən,iyunun 1-dən ticarət və xidmtə sektoru üzrə tətbiq olunan karantin tədbirləribir qədər də yumşaldılacaq. Bu dəfə daha iri ticarət müəssisəslərinin fəaliyyətinəicazə veriləcək, icazə verilən ictimai iaşə müəssisələrinin fəaliyyət müddəti uzadılacaq.

Sfera.az xatırladırki, mayın 18-dən etibarən Azərbaycanda karantin rejimi bir qədər də yumşaldılıb.Ərzaq mağazaları ilə bərabər qeyri-ərzaq mağazaları (iri ticarət mərkəzləriistisna olmaqla) bəzi ictimai iaşə müəssisələri (restoran, kafe, yeməkxana) vəbaşqa xidmət, ticarət müəssisələrinin iş fəaliyyətinə icazə verilib. Bəs,karantinin yumşaldılması iqtisadi aktivliyə nə vəd edir?

Karantin tədbirlərinin yumşaldılması, ticarət vəxidmət müəssisələrinin fəaliyyətinə icazə verilməsi ölkədə iqtisadi aktivliyiartmasına, əhalinin xərclərinin yüksəlməsinə və istehlak bazarındakı dövriyyəninböyüməsinə xidmət edəcək. Karantinlə əlaqədar mart və aprel aylarında bir çoxticarət və xidmət müəssisələrinin fəaliyyətinin dayandırılması pərakəndə ticarətinhəcminin xeyli azalmasına, ictimi iaşə dövriyyəsinin kiçilməsinə səbəb olub.

Belə bir vəziyyət iqtisadiyyata ciddi zərəryetirib, dövlət büdcəsinin gəlirlərinin artımını əngəlləyib. 2020-ci ilinyanvar-aprel ayları ərzində ÜDM istehsalı 0,2 faiz artsa da qeyri-neft sektoruüzrə 0,8 faiz geriləmə qeydə alınıb. Bu dövrdə neft-qaz sektorunda 1,5 faizartıma nail olunub. Qeyri-neft sektorundakı kiçilmə məhz ticarət və xidmətsektoru üzrə tətbiq edilən məhdudiyyətlərdən qaynaqlanıb

Məlumdur ki, maydan "OPEC+” ölkələrinin əldə etdiyirazılaşmaya uyğun olaraq Azərbaycan neft hasilatını xeyli azaldacaq. Belə bir vəziyyətdəəgər qeyri-neft sektoru üzrə də azalma davam edərsə, o halda maydaniqtisadiyyatda kiçilmə baş verəcək. Azərbaycan hökumətinin ticarət və xidmətsektoruna qoyulan məhdudiyyətin xeyli azaltmasında əsas məqsədlərdən biri də məhziqtisadi geriləməni dayandırmaq və ya geriləmənin böyük olmasının qarşısınıalmaqdır. Bu baxımdan karantinin yumşaldılmasının iqtisadi səmərəsi böyükolacaq.

Karantinin yumşaldılmasıdaha çox pərakəndə ticarət dövriyyəsini artıaracaq və pərakəndə ticarət yenidəngenişlənməklə iqtisadi artımı dəstəkləyəcək. Yanvar-aprel ayları ərzində pərakəndə ticarət dövriyyəsi 1,9 faiz, o cümlədənqeyri-ərzaq malları üzrə 6,5 faiz azalıb. Qeyri-ərzaq mallarının satışı sahəsində işgüzar fəallığı zəifləyib aprelayında mart ayı ilə müqayisədə dövriyyə 33,1 faiz, o cümlədən qeyri-ərzaqmalları üzrə 38,6 faiz azalıb.

Pərakəndə ticarətinhəcminin kiçilməsi iqtisadiyyata hərtərəfli zərər vura bilər. Pərakəndə ticarətkiçildikdə ticarət müəssisələrinin gəliri aşağı düşür, banklarda dövr edənvəsait azalır, dövlət büdcəsinin gəlirləri azalır, ölkəmizdə emal sənayesinindövriyyəsi kiçilir, həmin müəssisələrin mənfəəti azalır.

Bu baxımdan pərakəndəticarətin azalması arzulanan hal deyil və onun davamlı olması olduqca pisdir.Pərakəndə ticarətin kiçilməsinin yalnız bir faydası var, o da idxalınmiqdarının azalmasıdır.

Azərbaycanda əhali pərakəndə ticarət şəbəkəsindənistehlak mallarının əldə olunmasına öz gəlirlərinin təqribən 75-80 faizini xərcləyir.Xərclənən pul ticarət obyektlərinin, şirkətlərin mədaxili şəklində banklarda cəmləşir.Bununla da ticarət hesabına dövlətin maliyyə sabitliyinin əsaslarıformalaşdırılır.

Dövlət büdcəsinin mədaxil hissəsinin yerinəyetirilməsi əsasən ticarət sahəsinin fəaliyyət göstərməsindən asılıdır. Büdcə gəlirlərininxeyli hissəsi dolayısı vergilər (əlavə gəlir vergisi, aksizlər) hesabına formalaşır.Bu vergilərin önəmli hissəsi ticarətdən toplanmaqla dövlət büdcəsinə daxilolur. 2020-ci ildə ƏDV üzrə daxili əməliyyatlardan 2,03 milyard manat, aksizlərüzrə 750 milyon manat gəlir proqnozlaşdırılır. Bu gəlirin çox hissəsi ticarətdənəldə edilməlidir. Bundan başqa 2,65 milyard manat mənfəət vergisi dətoplanmalıdır. Burada da əldə ediləcək gəlirin bir hissəsi ticarət və onunla əlaqəlisektorların payına düşür.

Ticarət həm də kreditsistemi ilə sıx qarşılıqlı əlaqədədir. Çünki bankların verdiyi kreditlərin dahaçox hissəsi məhz əhalinin ticarət xərclərinə görə istifadə edilir. Ümumənkreditlərin 60,5 faizi, yəni 9,4 milyard manatdan çox hissəsi birbaşa əhaliyə vəticarət sektoruna ayrılıb. Əhalinin və ticarət müəssisələrinin aldığı kreditinböyük hissəsi pərakəndə ticarətdə istifadə olunur. Deməli, pərakəndə ticarətkiçiləndə bankların kredit vermək üçün müştəri tapmaq problemi yaranır.

Pərakəndə ticarətinkiçilməsi daha çox ölkə iqtisadiyyatı üçün zərərlidir. Bunu nəzərə alanAzərbaycan hökuməti ölkəmizdə koronavirus infeksiyasının yayılmasının davametməsinə baxmayaraq ticarət müəssisələrinin fəaliyyətinə və əhalinin sərbəsthərəkətinə tətbiq etdiyi məhdudiyyətləri xeyli azaldıb.

Mənbə: sfera.az