Aşqarlar Kimyası İnstitutunda beynəlxalq əlaqələr istiqamətində prioritet hədəflər müəyyənləşdirilib

Aşqarlar Kimyası İnstitutunda beynəlxalq əlaqələr istiqamətində prioritet hədəflər müəyyənləşdirilib

Azərbaycan Milli Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclasda elmi müəssisənin direktoru, akademik Vaqif Fərzəliyev əməkdaşların Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə riayət etməsinin vacibliyini vurğulayıb.

Qeyd olunub ki, elmi işçilərin, xüsusən gənc alim və mütəxəssislərin fəaliyyətinin genişləndirilməsi, fəlsəfə və elmlər doktoru dissertasiya işlərinin hazırlığı, dünya elminə inteqrasiya olunmaları üçün beynəlxalq əlaqələrin inkişaf etdirilməsi istiqamətində prioritet hədəflər müəyyənləşdirilib. Növbəti aydan etibarən hər bir laboratoriya kollektivi ilə ayrıca görüşlər təşkil olunacaq.

İclasda 2020-ci il üzrə yarımillik hesabatların hazırlığı vəziyyəti müzakirə olunub. Gündəlikdə olan məsələlərlə bağlı müzakirələr aparılıb və təkliflər səsləndirilib.

Mənbə: azertag.az