“AzSığorta”nın yığmları azalır – ŞİRKƏT BAZAR PAYINI DA İTİRİR

“AzSığorta”nın yığmları azalır – ŞİRKƏT BAZAR PAYINI DA İTİRİR

Azərbaycan sığorta bazarının iştirakçılarından olan “AzSığorta” şirkətinin yığımları və bazar payı azalmaqda davam edir.

FED.az Azərbaycan Mərkəzi Bankının (AMB) cari ilin yanvar-aprel ayları üzrə açıqladığı hesabatına istinadən xəbər verir ki, şirkət bu ilin yanvar-aprel ayları ərzində 4,054 mln. manat sığorta toplayıb ki, bu da 2019-cu ilin yanvar-aprel ayları ilə müqayisədə 520 min manat və ya 11,3% az olub.

AMB-nin hesabatına əsasən, müqayisə edilən dövr ərzində şirkətin ödənişlərində artım qeydə alınıb. Belə ki, “AzSığorta” tərəfindən müştərilərə ödənilən sığorta ödənişlərinin həcmi 322 min manat və ya 20% artaraq 1,936 mln. manat təşkil edib.

Qeyd edək ki, hesabat dövründə yığımlarla yanaşı şirkətin bazar payı da azalıb. Ötən ilin yanvar-aprel ayları üzrə məcmu yığımlarda şirkətin bazar payı 1,7% təşkil edirdisə, bu ilin analoji dövründə bu rəqəm 0,4 bəndi azalaraq 1,3%-ə düşüb.

Mənbə: fed.az