Aİ-nin ticarət üzrə komissarı ÜTT-nın baş direktoru olmaq istəyir

Aİ-nin ticarət üzrə komissarı ÜTT-nın baş direktoru olmaq istəyir

Avropa İttifaqının (Aİ) ticarət üzrə komissarı Fil Hoqan Ümumdünya Ticarət Təşkilatının (ÜTT) baş direktoru vəzifəsinə namizədliyini irəli sürmək niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Qeyd edək ki, Ümumdünya Ticarət Təşkilatının (ÜTT) baş direktoru Roberto Azevedo səlahiyyət müddəti gələn il başa çatsa da, bu ilin 31 avqust tarixində səlahiyyət müddətinin bitməsini gözləmədən vəzifəsindən istefa vermək niyyətindədir.

2013-cü ilin sentyabr ayından ÜTT-nin baş direktoru vəzifəsini tutan R.Azevedonun ikinci dördillik səlahiyyət müddəti 2017-ci ildə başlayıb.

Baş direktor vəzifəsini qalan bir illik müddət ərzində müavinlərdən biri - nigeriyalı Yonov Frederik Agah, almaniyalı Karl Brauner, ABŞ-lı Alan Volf, yaxud da çinli Yi Siaojun icra edə bilər.

Mənbə: report.az