Azərbaycanda son bir ayda 39 bank filialı bağlandı – Bağlanan banklara görə

Azərbaycanda son bir ayda 39 bank filialı bağlandı – Bağlanan banklara görə

Azərbaycan banklarının filialları və bank şöbələri və ATM sayında son bir ayda azalma qeydə alınıb.

Azərbaycan Mərkəzi Bankının icmal göstəricilərinə əsasən, aprel ayında ölkədə bank filiallarının sayı 506-dan 467-ə düşüb. Belə ki, 39 bank filialı bağlanıb.

Bank şöbələrinin sayı 126-dan 117-yə düşüb. ATM-lərin sayı isə son bir ayda 41 ədəd azalmaqla 2636-a düşüb.

Qeyd edək ki, əsas bank göstəricilərində müşahidə olunan azalma lisenziyası geri çağırılmış banklarla əlaqədardır.

Mənbə: banker.az