Neftin qiyməti $38-ə yaxındır

Neftin qiyməti $38-ə yaxındır

Birjalarda neftin qiymətində ucuzlaşma müşahidə edilsə də, Brentin dəyəri 37 dollar/barel üzərində qalmaqdadır.

Banker.az Bakı vaxtı ilə 08:17 radələrinə əsasən xəbər verir ki, iyul fyuçersləri üzrə WTI markalı neftin bir barelinin dəyəri 0.39% ucuzlaşmaqla $35.35 dəyərində olub.

Brent neftinin qiyməti isə avqust fyuçersləru üzrə 0.45% ucuzlaşmaqla $37.67 səviyyəsində ticarət olunub.

Tokio birjasında isə, neftin bir kilo litri (t) 3.37% bahalaşmaqla 26,080 Yapon yuanı təşkil etmişdir.

Mənbə: banker.az