Azərbaycanın bank sektorunda çalışanlardan 684 nəfər iş yerini itirib

Azərbaycanın bank sektorunda çalışanlardan 684 nəfər iş yerini itirib

Azərbaycan banklarında çalışan işçilərin ümumi sayı 19 162 nəfər olub.

Banker.az Mərkəzi Bankın 2020-ci ilin aprel ayına olan göstəricilərinə istinad edir.

Cari ilin mart ayında bank işçilərin sayı 19 846 nəfər olub ki, bu da aylıq müqayisədə apreldə işçilərinin sayının 684 nəfərin azalması deməkdir.

Qeyd edək ki, əsas bank göstəricilərində müşahidə olunan azalma lisenziyası geri çağırılmış banklarla əlaqədardır.

Mənbə: banker.az