“Rəvan Sığorta”dan ölkənin turizim sektorunun inkişafına dəstək verən – YENİ MƏHSUL

“Rəvan Sığorta”dan ölkənin turizim sektorunun inkişafına dəstək verən – YENİ MƏHSUL

Azərbaycan sığorta bazarının fəal iştirakçılarından olan “Rəvan Sığorta” şirkəti ölkənin sığorta, otelçilik və turizim sektorunun inkişafına dəstək vermək üçün layihəyə start verib.

Bu barədə FED.az saytına “Rəvan Sığorta” şirkətinin satış departamentinin direktoru Dövlət Səlimov məlumat verib.

D.Səlimovun sözlərinə görə, “Azərbaycan Respublikasına səfər edən turistlərin Fərdi Qəza Sığortası” adlı yeni məhsulu yaratmaqda məqsəd Fərdi Qəza Sığorta növünün satış həcminin artırılması ilə yanaşı ölkədə otelçilik və turizim sektorunun inkişafına dəstək verməkdən ibarətdir. Cuzi sığorta haqqı ödəməklə ölkəyə turizim şirkətləri və otel biznesinin inişafı tərəfindən cəlb olunan turistlərə Fərdi Qəza Sığorta növü təklif olunur.

Məhsulun şərtlərinə əsasən, bu sığorta növü bədbəxt hadisələrdən sığorta olunanlara təminat verir. Bu sığorta növündə bədbəxt hadisə dedikdə, sığorta olunanın iradəsindən asılı olmayan onun həyatına və sağlamlığına zərər vuran qəfil, öncədən görünməyən və təsadüfi hadisə başa düşülür. Belə ki, turistlərin ölkə ərazisində qəfil, gözlənilmədən baş verən ölümü, ömürlük əlillik, əmək qabiliyyətinin müvəqqəti itirilməsi, müalicə xərci kimi yaranan risklərə sığorta təminatı daxildir.

Şirkət rəsmisi D.Səlimov bu layihənin ölkəmizə daha faydalı olması üçün bütün otelləri və turizim şirkətlərini əməkdaşlığa dəvət edir.

Mənbə: fed.az