Expressbank 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş Qan vermə aksiyası keçirib

Expressbank 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş Qan vermə aksiyası keçirib

Hər zaman korporativ sosial məsuliyyət layihələri ilə fərqlənən, ölkənin aparıcı banklarından olan “Expressbank”, 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilən talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara dəstək kampaniyasını həyata keçirib. Kampaniya çərçivəsində, Expressbank-ın rəhbərliyi və əməkdaşları könüllü olaraq, bu irsi xəstəliyindən əziyyət çəkən uşaqlar üçün tədarük olunan qan ehtiyatını artırmaq məqsədilə qan veriblər. “Qan ver, həyat ver” lozunqu altında keçirilən aksiya çərçivəsində, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin peşəkar həkim kollektivi tərəfindən hərtərəfli tibbi müayinədən sonra donorlardan qan toplanaraq Talassemiya, hemofiliya və leykoz xəstəliyindən əziyyət çəkən uşaqlara təqdim olunmuşdur.

Aksiyanı növbəti link-dən izləyə bilərsiniz: https://bit.ly/2XlRFLT

Biznes v pərakəndə bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən “Expressbank”ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumatı “132” Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.

Mənbə: banker.az