Türkmənistan və İran iyunun 1-dən sərhədi açmağı planlaşdırır

Türkmənistan və İran iyunun 1-dən sərhədi açmağı planlaşdırır

Türkmənistan və İran arasındakı sərhədin açıldığını iyunun 1-də İranın gömrük idarəsinin mətbut katibi Seyid Lətifi deyib.

KONKRET.az-ın xəbər verir ki, bu haqda məlumatı Mehr agentliyi yayıb.

İran Gömrük İdarəsinin (İRİKA) sözçüsü Seyid Rouollah Lətifinin sözlərinə görə, tibbi protokollara tam əməl olunmaqla, İran-Türkmənistan sərhədi iyunun 1-də açılacaq.

Bundan əlavə, İranın Əfqanıstanla ticarəti bir neçə gündən sonra yenidən davam edəcəkdir.

Lətifiyə görə, Əfqanıstan İran-Əfqanıstan-Tacikistan və İran-Əfqanıstan-Özbəkistan tranzit yollarına hazırdır və İran sərhədlərinin Türkmənistan ilə yenidən açılması şərtilə tranzit yük maşınları bu marşrut boyunca Özbəkistan və ya Tacikistana gedə bilər.

Daha əvvəl İran və Türkmənistan arasındakı sərhədi keçən qatarlar və yük maşınları üçün dezinfeksiya tunellərinin yaradılacağı bildirilmişdi.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az