Ucarda taxıl biçininə 30 kombayn cəlb olunub

Ucarda taxıl biçininə 30 kombayn cəlb olunub

Ucar rayonunda taxıl biçini kampaniyasına start verilib.

Rayon Dövlət Aqrar inkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, məhsul yığımına ciddi hazırlıqla başlanıb və ilkin olaraq daha tez yetişən arpa zəmiləri biçilir. Cari ilin məhsulu üçün 7967 hektarda taxıl yetişdirilib ki, bunun da 4622 hektarı arpadır.

Biçin kampaniyasına 30 kombayn cəlb olunub. Rayonun Yuxarı Şilyan, Boyat, Müsüslü və bir sıra digər ərazi icra nümayəndəliklərində kampaniyaya daha mütəşəkkil başlanılıb. Hər yerdə bu mühüm strateji məhsulun yığımının vaxtında və itkisiz başa çatdırılması üçün bütün qüvvələr səfərlər edilib.

Mənbə: azertag.az