Karantin dövründə əhalinin real gəlirləri - AZALMA NƏ ZAMANA QƏDƏR DAVAM EDƏCƏK?

Karantin dövründə əhalinin real gəlirləri - AZALMA NƏ ZAMANA QƏDƏR DAVAM EDƏCƏK?

Koronavirus pandemiyasının Azərbaycana vurduğuciddi iqtisadi zərərlərdən biri də əhalinin real gəlirlərinin azalması iləbağlıdır. Real gəlir dedikdə inflyasiya dərəcəsi çıxıldıqdan sonra əhalinin gəlirlərindəkidəyişiklik nəzərdə tutulur. Əgər qiymətlər 3 faiz, gəlirlər 2 faiz artırsa, bu o deməkdir ki, əhalinin real gəlirləri 1 faiz bəndi azalıb.

Sfera.az xatırladır ki, koronavirus infeksiyasınınyayılmasının qarşısını almaq üçün Azərbaycan hökuməti mart və aprel aylarında sərtkarantin tədbirləri tətbiq edib. Bunun nəticəsində mart ayından başlayaraq əhalininreal gəlirlərindəki artım sürəti zəifləyib, apreldən isə mənfi məcraya keçib. Əhalininreal gəlirlərindəki azalma onun xərclərində, o cümlədən ticarət obyektlərindəkixərclərində də real azalmaya səbəb olub

2020-ci ildə gəlirlərin mənfi məcraya necə meyletdiyini Dövlət Statistika Komitəsinin açıqladığı məlumatların müqayisəsindən dəgörmək olar. Yanvarda ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni ayınanisbətən 6,8 faiz artaraq 4,057 milyard manat təşkil edib, əhalinin hər nəfərinəorta hesabla 407,8 manatlıq gəlir düşüb. Bütün icbari və könüllü ödənişləredildikdən sonra əhalinin sərəncamında 3,685 milyard manatlıq və ya əvvəlkiilin eyni dövrünə nisbətən 6,6 faiz çox vəsait qalıb. Yanvarda hər nəfərin sərəncamındaqalan gəlir 5,7 faiz artıb. İlin birinci ayında inflyasiyanın 2,7 faiz olduğu nəzərəalınarsa, əhalinin real gəlirlərində artım baş verib.

Buna uyğun olaraq əhalinin ticarət şəbəkələrində xərclədiyivəsait də artıb. Bir istehlakçı orta hesabla 309,1 manatlıq və ya 2019-cu ilineyni ayı ilə müqayisədə 15,3 manat çox əmtəə alıb.

2020-ci il yanvar-fevral aylarında ölkə əhalisininnominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 8,9 faiz artaraq 8,301milyard manat təşkil edib, əhalinin hər nəfərinə orta hesabla 834 manatlıq gəlirdüşüb. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında7,476 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 8,3 faiz çox vəsaitqalıb. Yanvar-fevralda hər nəfərin sərəncamında qalan gəlir 7,4 faiz artıb. Budövrdə inflyasiya 2,8 faiz olduğundan əhalinin real gəlirləri artıb

Eynilə ticarət şəbəkələrində adambaşına xərclənən vəsaitdə 2019-cu ilin eyni dövrü ilə müqayisədə artıb (artım 14,9 manat olub).

Martdan karantin tədbirlərinin görülməsi əhalinin gəlirlərininartımına təsir edib. 2020-ci il yanvar-mart aylarında ölkə əhalisinin nominal gəlirləriəvvəlki ilin eyni dövrünə nisbətən 6,8 faiz artaraq 13,44 milyard manat təşkil edib, əhalinin hər nəfərinə ortahesabla 1350,2 manatlıq gəlir düşüb. Bütün icbari və könüllü ödənişlər edildikdənsonra əhalinin sərəncamında 12,195 milyard manatlıq və ya əvvəlki ilin eynidövrünə nisbətən 5,8 faiz çox vəsait qalıb. Yanvar-martda hər nəfərin sərəncamındaqalan gəlir 4,9 faiz artıb.

İlin birinci rübündə 3 faiz inflyasiya olduğundan əhalininreal gəlirlərində artım baş verib, amma əvvəlki iki aya nisbətən artım sürətixeyli azalıb. Real gəlirlərin artım sürətinin azalması ticarətdövriyyəsinə də təsir göstərib. 2019-cuilin eyni dövrünə nisbətən bir istehlakçı orta hesabla ayda 309,4 manatlıq pulxərcləyib ki, bu da 2019-cu ilin eyni rübü ilə müqayisədə 10,8 manat çoxdur.

Apreldən isə əhalinin real gəlirləri azalma mərhələsinəkeçib. 2020-ci ilin aprel ayında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilineyni ayı ilə müqayisədə 14,4 faiz, cari ilin mart ayına nisbətən isə 24,6 faizazalıb. Nəticədə yanvar-aprel ayları üzrə gəlirlərin əvvəlki ilin eyni dövrünənisbətən artımı yanvar-mart aylarındakı 6,8 faizə qarşı 1,3 faizə enib. Cariilin yanvar-aprel aylarında əhalinin gəlirləri 17,146 milyard manat və ya hər nəfərəorta hesabla 1722 manat təşkil edib. Bütün icbari və könüllü ödənişlər edildikdənsonra əhalinin sərəncamında 15,417 milyard manatlıq vəsait qalıb ki, bununla da0,4 faiz, adambaşına düşən sərəncamda qalan gəlirlərdə isə 1,2 faiz azalmaolub.

Nəzərə alsaq ki, yanvar-apreldə inflyasiya 3 faizolub, deməli əhalinin real gəlirləri 1,7 faiz azalıb, adambaşına düşən sərəncamdaqalan real gəlirlər isə 4,2 faiz azalıb.

Real gəlirlərin azalması ticarət şəbəkələrindəki xərclərində artım sürətində özünü göstərib. 2020-ci ilin yanvar-aprel aylarında ticarətşəbəkəsində əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi289,1 manat olub ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisindənnominal ifadədə 1,5 manat və ya 0,52 faiz artım deməkdir. İnflyasiya nəzərəalındıqda, əhalinin ticarət xərcləri real müqayisədə 2,5 faiz azalıb.

Əhalinin real gəlirlərinin və buna uyğun olaraq xərclərininazalması dövlət büdcəsinin gəlirləri və iqtisadi artım üçün arzuedilməz haldır.Bu vəziyyət məhz karantin tədbirləri ilə əlaqədar yarandığından may ayındankarantin tələblərində xeyli yumşaldılma oldu. Karantinin yumşaldılmasının hansımüsbət nəticələrə səbəb olacağını iyunda biləcəyik

Mənbə: sfera.az