Gürcüstan İran yüklərini qəbul etməyib

Gürcüstan İran yüklərini qəbul etməyib

Eastnews.org-un verdiyi xəbərə görə, Gürcüstanın İrandan gələn tranzit yüklərinin qısamüddətli qəbulundan sonra yenidən sərhədləri naməlum səbəblərdən bağladığı açıqlanıb.

Məlumata əsasən, koronavirus pandemiyası ilə əlaqədar bütün dünya ölkələri sərhədlərini iki aydan artıq müddətdə bağlamasından sonra tədricən qadağaları aradan qaldırmağa və sərhədləri açmağa başlayıb. Lakin İranın Dağ mədən və Kənd təsərüfatı palatasının rəsmisi bildirib ki, Gürcüstan mayın 28-dən İrandan gələn yük avtomobilləri və qatarlarına ölkə ərazisinə daxil olmağa verməyib.

“İran malları olan vaqonlar Azərbaycan Respublikasına Astara yolu ilə gəlib və Gürcüstana göndərilməli idi. Mayın 27-də Azərbaycan rəsmiləri İran yüklərinə ölkəyə daxil olmasına imtina etdilər”, - deyə İran İslam Respublikası gömrük administrasiyasının nümayəndəsi Ruhullah Lətifi bildirib.

Qeyd edək ki, İran yük avtomobilləri və qatarları Azərbaycan vasitəsilə tranzit olaraq Gürcüstan ərazisinə daxil olur.

Mənbə: eastnews.org