Bu ilin dörd ayı ərzində qeyri-neft ixracının STATİSTİKASI - RƏSMİ

Bu ilin dörd ayı ərzində qeyri-neft ixracının STATİSTİKASI - RƏSMİ

Cari ilin may ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri isə 15,4 milyon ABŞ dolları olub.

Oxu.Az xəbər verir ki, bu barədə məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nda qeyd olunub.

Belə ki, yanvar-may ayları ərzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən yüzlərlə sahibkara ixracla bağlı müvafiq sertifikatlar verilib və bunun nəticəsində 46,7 milyon ABŞ dolları dəyərində qeyri-neft ixracı həyata keçirilib.

Qeyd edək ki, “İxrac İcmalı”nın məqsədi sahibkarları ixracla bağlı maarifləndirməyə, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmağa, beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirməyə xidmət edir

Mənbə: www.oxu.az