Azərbaycan qızıl ixracından gəlirlərini artırıb

Azərbaycan qızıl ixracından gəlirlərini artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 43,7 mln. ABŞ dolları dəyərində qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda) ixrac edib ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 1,4% çoxdur.Bu barədə "APA-Economics" İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"na istinadən xəbər verir.

Məlumata görə, 2019-cu ilin yanvar-aprel Azərbaycan 43,1 mln. dollar dəyərində qızıl ixrac edib.

Qeyd edək ki, ötən il Azərbaycan 172,4 mln. dollar dəyərində qızıl ixrac edib ki, bu da 2018-ci ilin göstəricisi ilə müqayisədə 46,1% çoxdur.

Mənbə: apa.az