Rusiyanın Ermənistanı rədd etməsi məntiqli idi

Rusiyanın Ermənistanı rədd etməsi məntiqli idi

Bir müddət bundan öncə Ali Avrasiya İqtisadi Şurasının video əlaqə vasitəsilə keçirilmiş növbəti iclası zamanı Rusiya prezidenti Vladimir Putin dolayı yolla Ermənistan və Belarusun qazın qiymətlərini endirməklə bağlı tələblərini rədd edib. Rus iqtisadçı Andrey Suzdaltsev bildirib ki, qiymətin yenidən nəzərdən keçirilməsi planlaşdırılmayıb.

Andrey Suzdaltsevin sözlərinə görə, Rusiyanın bu davranışının iqtisadi və siyasi səbəbləri var.

“Razılıqların olmaması, fikir ayrılıqları bu məsələdə siyasi səbəblərin əsasındadır”, - deyə rus iqtisadi analitik bildirib.

Suzdaltsev qeyd edib ki, koronavirusla əlaqədar Avrasiya İqtisadi Birliyi ərazisində, eləcə də Rusiyada vəziyyətin necə olması halını nəzərə alaraq bənzər məsələlərə böhranlardan sonra toxunmaq daha məntiqlidir.

 

Mənbə: ordu.az