İqtisadiyyat İnstitutunun “Elmi əsərlər” jurnalının adı dəyişdirilib

İqtisadiyyat İnstitutunun “Elmi əsərlər” jurnalının adı dəyişdirilib

Bakı, 1 iyun, AZƏRTAC

AMEA İqtisadiyyat İnstitutunun Elmi şurasının qərarı ilə institutunun “Elmi əsərlər” jurnalının adı dəyişdirilərək “İqtisadi artım və ictimai rifah” adlandırılıb.

İqtisadiyyat İnstitutundan AZƏRTAC-a bildirilib ki, elmi müəssisənin direktoru professor Nazim Müzəffərlinin baş redaktorluğu ilə nəşr olunan jurnalın redaksiya heyəti də yenilənib. Jurnalın redaksiya heyətinə ölkənin tanınmış iqtisadçı alimləri ilə yanaşı nüfuzlu xarici iqtisadçı alimlər də daxil edilib.

Jurnalda Azərbaycan, ingilis, rus və türk dillərində yeni elmi məqalələr, elmi informasiyalar, aktual tənqidi rəylər və tematik araşdırmalar dərc olunacaq.

Mənbə: azertag.az