Rusiya işsizlərin sayını açıqladı

Rusiya işsizlərin sayını açıqladı

Bu il Rusiyada qeydiyyatdan keçmiş işsizlərin sayı 2 milyonu keçib.

“Report” “Interfaks”a istinadən xəbər verir ki, bunu Əmək Nazirliyinin rəhbəri Anton Kotyakov Federasiya Şurasının Sosial Siyasət Komitəsinin iclasında açıqlayıb.

“Bu gün biz rəsmi işsiz vətəndaşların sayının artdığını görürük - bu günə kimi onların sayı artıq 2 milyonu keçib, daha dəqiq desək, 2 milyon 90 minə çatıb.

Hazırda məşğulluq mərkəzlərinə müraciət etmək isə (İF) çox sadədir. Bunun üçün “Rusiyada işləmək” portalında qeydiyyatdan keçməlisiniz. Bu günə qədər 1,6 milyondan çox vətəndaşımız bu xidmətdən istifadə edib”, - deyə A. Kotyakov bildirib.

Bundan başqa, Federal Dövlət Statistika Xidmətinin (Rosstat) məlumatına görə, aprel ayında işsizlik nisbəti mart ayı ilə müqayisədə 1,1% bəndi artaraq 5,8%-ə yüksəlib. Belə ki, hesabat dövründə ümumi işsizlərin sayı 815 min nəfər artaraq 4,3 mln-a çatıb.

Qeyd edək ki, ötən həftə əmək bazarındakı vəziyyətlə bağlı keçirilən iclasda Rusiya prezidenti Vladimir Putin rəsmi işsiz sayının 1 milyon 900 min nəfərə yaxın olduğunu söyləmişdi.

Mənbə: report.az