Baş bankir istehlak kreditlərindəki azalmadan danışdı

Baş bankir istehlak kreditlərindəki azalmadan danışdı

“İlin əvvəlindən verilən istehlak kreditlərində 4,6 faiz azalma müşahidə edilib. Bu, əhalinin kredit götürmə qabiliyyətinin azalması ilə əlaqəli ola bilər”.

Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, məhdudiyyət dövründə əhalinin gəlirləri azala bilər və beləcə, banklar onları riskli müştəri kimi nəzərə alıb kredit verməyə bilər:

“Mərkəzi Bank tərəfindən bütövlükdə istehlak kreditlərinin həcminin azaldılması istiqamətində tədbirlər həyata keçirilib. Bu da öz təsirini göstərməyə başlayıb”.

İlhamə Əbülfət

Mənbə: www.oxu.az