Mərkəzi Bankın sədri: Bağlanmış banklarda qorunan əmanətlər 680 milyon manatdır

Bakı, 1 iyun, AZƏRTAC

Bağlanmış 4 bankda (“Ata Bank”, “Amrahbank”, “AG Bank” və “NBC Bank”) qorunan əmanətlər 680 milyon manatdır. Bu bankların kredit portfeli isə 1 milyard 217 milyon manat təşkil edir.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov iyunun 1-də keçirdiyi mətbuat konfransında deyib.

"Bu məbləğin 200 milyon manatı Əmanətlərin Sığortalanması Fondunun vəsaitləri hesabına, 480 milyon manatı isə Mərkəzi Bankdan dövlət zəmanəti ilə kredit şəklində veriləcək. Bununla bağlı Maliyyə Nazirliyinə müraciət edilib və qısa müddətdə məsələ həllini tapacaq", - deyə o bildirib.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

MDB ölkələrinin “azad iqtisadi zonası”: “Nəyə görə Ermənistanı enerji daşıyıcıları ilə təmin etməliyik?” - Politoloq

SONRAKI XƏBƏR

Rusiyadan ABŞ-dakı hadisələrə münasibət