Səudiyyə Ərəbistanının valyuta ehtiyatı kəskin azaldı

Səudiyyə Ərəbistanının valyuta ehtiyatı kəskin azaldı

Eastnews.org-un verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanında valyuta rezervləri aprel ayında ardıcıl iki ayın göstəricilərinə əsasən, kəskin şəkildə azalıb.

Səudiyyə Ərəbistanı Valyuta Təşkilatına (SAMA - mərkəzi bank) görə, aprel ayında xalis xarici aktivlər bir ay əvvəl 464,64 milyard dollardan 20,9 milyard dollar azalaraq, 443,75milyard dollara düşüb. Eyni zamanda, mart ayında göstərici, demək olar ki, 27 milyard dollar aşağı düşüb
“New York Times” məlumatına əsasən, son 20 il ərzində bu ən maksimal enişdir.
Mərkəzi Bank bu iki ay ərzində birjalardakı qiymətlərin aşağı düşməsi ilə qiymətləri ucuzlaşan xarici şirkətlərin səhmlərinin alınması üçün ictimai investisya fondu PIF-ə 40 milyard dollar göndərib.
Daha əvvəl bildirildiyi kimi, 300 milyard dollar dəyərində olan suveren fond birinci rübdə “Facebook Inc”, “Walt Disney Co”., “Marriott International Inc”, “Cisco Sisteminin” təxminən yarım milyard ABŞ dolları məbləğində səhmlərini əldə edib. PIF, həmçinin “Citigroup Inc”ə 522 milyon dollar, “Bank of America Corp”a 488 milyon dollar və “Boeing Co”ya 714 milyon dollar sərmayə yatırıb.
Aprel ayında fond kruiz operatoru “Carnival Corp”un da səhmlərin alındığını elan edib. Konsertlər və bilet satışlarını təşkil edən “Live Nation” üçün təxminən 500 milyon dollar xərcləyib.

Mənbə: İnterfax

Mənbə: eastnews.org