“Bağlanan dörd bankda əmanətlərin geri qaytarılması məsələsi iki hissəyə bölünüb. İlkin olaraq “Atabank” ASC və “Amrahbank” ASC-də əmanətlərin qaytarılma prosesinə agent bank olan “KapitalBank” vasitəsilə 1 iyundan başlanıldı”.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki,bunu Əmanətlərin Sığortalanması Fondunun yeni təyin olunmuş icraçı direktoru Tural Piriyev keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, banklarda 30 min manata qədər olan vəsaitlərin konpensasiyası 1 iyun, 30 min manatdan yuxarı olanlar isə 1 iyuldan başlayaraq ödəniləcək:
“AGBank” ASC və “NBCBank” ASC-də əmanətlərin qaytarılması prosesində agent bank kimi “Beynəlxalq Bank” seçilib. İyuldan əmanətlər veriləcək. Burada 680 milyon manat sığortalanıb.
Hesabalamalar tam başa çatdıqdan sonra bu rəqəm bir faiz dəyişə bilər”.
Mənbə: www.ens.az