Niyə Gürcüstan Rusiya ilə razılığa gəlməyə müvəffəq oldu, Ermənistan isə yox?

Niyə Gürcüstan Rusiya ilə razılığa gəlməyə müvəffəq oldu, Ermənistan isə yox?

Son aylarda Ermənistan mətbuatı və internetdə məlumat yayır ki, Rusiyanın “Qazprom” şirkəti rəsmi Tiflis üçün rus qazının qiymətini aşağı salmaq barədə gürcü tərəfinin təklifini qəbul edib. Gürcüstanın İqtisadiyyat və Sabit İnkişaf naziri Natia Turnava “Rustavi 2” televiziyasında çıxışında rus şirkəti ilə əldə olunmuş razılaşmalar barədə danışarkən qeyd edib ki, Gürcüstana tədarük edilən qazın qiyməti təxminən 15 faiz azalacaq.
Keçmiş gürcü diplomat, siyasi analitik İrakli Menaqarişvili bildirib ki, Rusiya Gürcüstan üçün qazın qiymətini azaltmaqla sırf maraq kəsb edən qərar qəbul edib və bu qərarda siyasi elementlər də var.
Menaqarişvilinin sözlərinə görə, Ermənistan halında vəziyyət fərqlidir, Rusiya bilir ki, əsas tədarükçüdür, Ermənistanın enerji alternativi yoxdur və rus qazından imtina edə bilməz, qiymət Ermənistanı qane etməsə də “Qazprom” bu bazarı ələ keçirib, siyasi problemlər buna əlavə olunur və başqa qiymətin razılaşdırılmasının alınmadığı məlum olur.
Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az