Gürcüstan Rusiyadan buğda və qarğıdalı idxalını artırıb

Gürcüstan Rusiyadan buğda və qarğıdalı idxalını artırıb

Tbilisi, 1 iyun, AZƏRTAC

Cari ilin yanvar-aprel aylarında Gürcüstandan Rusiyaya məhsul ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 29,3 faiz azalıb. Gürcüstanın Rusiyadan idxal etdiyi məhsulların həcmində isə 0,3 faiz artım qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.

Bildirilir ki, bu ilin yanvar-aprel ayları ərzində Rusiyadan Gürcüstana buğda ixracı 25,4 faiz, qarğıdalı ixracı isə 109,8 faiz artıb. Eyni zamanda, Rusiyadan Gürcüstana neft qazı, günəbaxan yağı, elektrik enerjisi, dərman preparatları, mobil rabitə üçün telefon aparatları və digər avadanlıq ixracı da artıb.

Hesabat dövründə Gürcüstanın Rusiyadan idxal etdiyi neft və neft məhsullarının həcmi 22,6 faiz, daş kömür və neft koksu 25,3 faiz, şokolad və tərkibində kakao olan digər hazır yeyinti məhsullarının həcmi isə 17,5 faiz azalıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Mənbə: azertag.az