Azərbaycanlı alim beynəlxalq onlayn konfransda məruzə edib

Azərbaycanlı alim beynəlxalq onlayn konfransda məruzə edib

Bakı, 1 iyun, AZƏRTAC

Azərbaycan Texniki Universitetinin (AzTU) professoru Valeh Baxşəli ABŞ-ın IRED (Institute of Research Engineers and Doctors) elmi-tədqiqat institutunun keçirdiyi beynəlxalq onlayn konfransda iştirak edib.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, “International e-conference on engineering technology and managment - ICETM 2020” adlı konfransda Valeh Baxşəli “Nanomexanika və onun tətbiq sahələri – materialların mexaniki xassələrinin tapılması” mövzusunda məruzə edib. Onun çıxışı beynəlxalq konfransın iştirakçıları tərəfindən maraqla qarşılanıb. Məruzənin tam mətninin beynəlxalq elmi jurnallarda dərc olunması nəzərdə tutulur.

Mənbə: azertag.az