Azərbaycanda dövlət strukturları tərəfindən açılan kibertəhlükəsizlik sorğularının sayı azalıb

Azərbaycanda dövlət strukturları tərəfindən açılan kibertəhlükəsizlik sorğularının sayı azalıb

Bu ilin may ayında Azərbaycanda kompüter təhlükəsizliyi ilə bağlı dövlət strukturları tərəfindən açılan sorğuların sayı aprel ayı ilə müqayisədə 48,8% azalaraq 304 ədəd təşkil edib.

Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, aprel ayı ərzində mərkəzə daxil olan sorğulardan 98%-nə baxılıb və təmin edilib.

Mərkəzdən verilən məlumata əsasən, may ayında Azərbaycan internet məkanında dövlət qurumlarına aid 2 domen və 7 subdomen qeydiyyatdan keçib.

Mərkəz tərəfindən informasiya təhlükəsizliyi üzrə audit keçirilərək, müvafiq dövlət qurumlarına 18 hesabat təqdim edilib.

Ümumilikdə, cari ilin yanvar-may aylarının nəticələrinə görə, kompüter təhlükəsizliyi ilə bağlı müraciətlərin ümumi sayı 1979 ədəd təşkil edib. Qeyd olunan dövr ərzində ümumi sorğuların 97%-i baxılaraq təmin edilib, müvafiq dövlət qurumlarına 99 hesabat təqdim edilib. Yanvar-may ayları ərzində Azərbaycanın internet seqmentində 23 domen və 62 subdomen qeydiyyata alınıb.

Mənbə: apa.az