“Muğan Bank”ın səhmdarlarının pay bölgüsü dəyişib

“Muğan Bank”ın səhmdarlarının pay bölgüsü dəyişib

Muğan Bank

“Muğan Bank” ASC-nin səhmdarlarının pay bölgüsündə dəyişiklik olub.

“Report” bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, dəyişiklik “Muğan Bank”ın nizamnamə kapitalının 7,9% və yaxud 7,5 milyon manat artırılaraq 95 milyon manatdan 102,5 milyon manata çatdırılması çərçivəsində baş verib. Kapital artımından sonra Bankın Müşahidə Şurasının sədri Elmir Mehdiyev payını 63,5%-dən 66,17%-ə çatdırıb. Əvəzində digər 3 səhmdar – Maqbet Mehdiyevin payı 13,1%-dən 12,14%-ə, Vəfa Vəliyevanın payı 12,05%-dən 11,17%-ə, Fəridə Mehdiyevanın payı isə 11,35%-dən 10,52%-ə düşüb.

Xatırladaq ki, "Muğan Bank" 1992-ci ildə yaradılıb.

Mənbə: report.az