Rusiyadan Azərbaycana pul köçürmələri daha sərfəli olub

Rusiyadan Azərbaycana pul köçürmələri daha sərfəli olub

Rusiyada “Bilayn” mağazalarında “Zolotaya Korona” vasitəsilə populyar istiqamətlərə, o cümlədən Azərbaycana pul köçürmələri üçün yeni təkliflər qüvvəyə minib.

“Report” xəbər verir ki, artıq “Zolotaya Korona” vasitəsilə Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Moldovaya, eləcə də Rusiya daxilində pul köçürmələri valyuta konvertasiyasında 0% tarif və 1 rubl komissiya ilə mümkün olacaq.

0% tarifindən yararlanmaq üçün pul göndərən şəxs kassaya rubl ödəməli və köçürmənin alıcıya hansı valyutada – ABŞ dolları, avro və ya milli valyutada göndərilməli olduğunu ofis əməkdaşına bildirməlidir.

Konvertasiya pul göndərilən zamana bank olmayan hesablaşma kredit təşkilatı “Ödəniş Mərkəzi” MMC-nin məzənnəsi ilə həyata keçiriləcək.

Mənbə: report.az