Koronavirus ixracata da mənfi təsir göstərib - 4 ayda 549 milyon dollarliq ixrac reallaşdirilib

Koronavirus ixracata da mənfi təsir göstərib - 4 ayda 549 milyon dollarliq ixrac reallaşdirilib

2020-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycan qeyri-neft sektoru üzrə 549 milyon dollar dəyərində ixrac reallaşdırıb. Bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 5,8 faiz azdır. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə “İxrac İcmalı”nın may sayını videokonfrans vasitəsilə açıqlayarkən bildirib. Onun sözlərinə görə, azalmaya səbəb koronavirus pandemiyasının bütün dünyada iqtisadiyyata mənfi təsir göstərməsidir. Azərbaycan məhsullarının ixrac edildiyi əsas ölkələr isə Rusiya, Türkiyə, Gürcüstan, İsveçrə və Çindir.

Nicat Hacızadə – İİTKM-nin departament rəhbəri

Tomat pomidor məhulunun ixracında biz artım müşahidə edirik, elektrik enerjisində artım müşahidə edirik, qızılda isə biz azalmanı aprel ayı üçün müşahidə edirik. Onu da qeyd eləmək istəyirəm ki, ümumilikdə qızıl məhsulundakı azalma pandemiya dövründə hava nəqliyyatında ilə həyata keçirildiyi üçün buradakı azalma obyektiv səbəblərdən baş vermişdir.

atv.az

Mənbə: www.atv.az