İstanbulun tarixi ticarət mərkəzləri yenidən istifadəyə verilib

İstanbulun tarixi ticarət mərkəzləri yenidən istifadəyə verilib

İstanbul, 1 iyun, AZƏRTAC

COVID-19 pandemiyası ilə əlaqədar olaraq bu il martın 24-də bağlanan İstanbulun tarixi "Kapalı çarşı" və "Mısır çarşısı" ticarət mərkəzləri yenidən fəaliyyətə başlayıb.

AZƏRTAC xəbər verir ki, ticarət mərkəzlərinin açılış mərasimində İstanbul valisi Ali Yerlikaya iştirak edib.

Bu ticarət mərkəzləri ilə yanaşı Türkiyədə postpandemiya dövrünə keçidlə bağlı ölkənin bütün alış-veriş mərkəzləri, kafe və restoranları da tam iş qrafikinə keçib.

Xatırladaq ki, iyunun 1-dən etibarən Türkiyədə şəhərlərarası aviareyslər də bərpa olunub. İlkin mərhələdə təyyarələr İstanbul, Ankara, Antalya, İzmir və Trabzon şəhərləri istiqamətində hərəkət edəcək. İlk uçus bu gün saat 10.00-da İstanbuldan Ankaraya olub.

Mənbə: azertag.az