Daxili turizmdə yeni marşrutlar - VİDEO

Daxili turizmdə yeni marşrutlar - VİDEO

Vüsalə artıq bir neçə ildir ki, haykinq, kampinq kimi - turizmin Azərbaycanda yeni olan sahələri ilə maraqlanır. Kiçik qruplarla çıxdığı səyahətdə hər dəfə yeni marşrutlar tapmağa çalışır. Deyir ki, hazırda bu cür turları həyata keçirən turizm şirkətləri demək olar ki, yox dərəcəsindədi. Bu səbəbdən də təşkilatçıları başqa vasitələrlə axtarır.

Azərbaycan Turizm Assosiasiyası turizm şirkətlərinə marketinq siyasətlərinə yenidən baxmağı, ənənəvi turizmdən başqa yeni marşrutlar işləyib hazırlamağı tövsiyə edib.

Assosiasiyanın sədri Əhməd Qurbanov hesab edir ki, bu, həm infrastrukturu lazımi səviyyədə olmayan bölgələrdə turizmin inkişafına, həm də daha çox turist cəlbinə səbəb olar.

Mütəxəssislərin fikrincə, hazırda pandemiya fonunda qapalı məkanlardan çəkinən, ancaq səyahət etmək istəyənlər üçün də çadır turizmi kimi sahələr daha cəlbedici görünə bilər.

Mənbə: www.realtv.az