Əmanətlərin sığortalanmasında yenilik - VİDEO

Əmanətlərin sığortalanmasında yenilik - VİDEO

İlin sonuna kimi əmanətlərin sığortalanması ilə bağlı yeni strateji baxış formalaşdırılacaq. Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib ki, hazırda məsələ müzakirə səviyyəsindədir.

Millət vəkili Vüqar Bayramov da hesab edir ki, əmanətlərin sığrotalanması ilə bağlı mexanizmin təkmilləşdirilməsinə ehtiyac var. Çünki indiki hada Azərbaycanda əmanətlərin qorunması birbaşa dövlətin məsuliyyətindədir. Lakin bu sahədə bankların öhdəliyinin artırılmasına ehtiyac var.

Bankların prosesə cəlbi ilə büdcə vəsaitlərinə qənaət etmək mümkün olacaq. belə ki təkcə ötən ay bağlanan 4 bankda 680 milyon manat sığortalı əmanət var.

Əmanətlərin Sığortalanması Fondu isə hazırda bunun yalnız 200 milyon manatını qaytarmaq üçün vəsaitə malikdir. Qalan 480 milyon manatı isə Mərkəzi Bank fonda kredit kimi verəcək. Odur ki, bu ilin sonuna qədər Mərkəzi Bankın valyuta ehtiyatlarında azalma gözlənilir.

Mənbə: www.realtv.az