Rusiya Belarus üçün sərhədi qismən açdı

Martın 18-dən etibarən xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin Rusiyaya daxil olması ilə bağlı verilən əmrdə dəyişiklik edilib.

Publika.az TASS-a istinadla xəbər verir ki, hazırda Rusiya Federasiyasındakı sənaye obyektlərində nüvə enerjisi, tikinti, neft və qaz istehsalı və sənaye obyektlərinə göndərilən mineralların emalı sahəsində fasiləsiz istehsal prosesinin təmin olunmasında iştirak edən şirkətlərdə işləyən Belarus vətəndaşlarının Rusiyaya girişinə icazə verilir.

Həmçinin, Baykonur sakinləri və kosmik proqram iştirakçıları zəruri sənədlər olduqda sərhədi keçə bilərlər.

Publika.az

ƏVVƏLKİ XƏBƏR

Dövlət başçısı: "Düşünürəm ki, biz bu vəziyyətin öhdəsindən gələ biləcəyik"

SONRAKI XƏBƏR

ABŞ dəhşətli fəlakətin astanasında - Hər şey alt-üst olacaq