Asiya İnkişaf Bankının prezidenti:“Azərbaycanda səhiyyə sahəsində risklər çox yaxşı idarə edilir”

Asiya İnkişaf Bankının prezidenti:“Azərbaycanda səhiyyə sahəsində risklər çox yaxşı idarə edilir”

“COVID-19-la bağlı vəziyyətə gəldikdə, mənə hökumətiniz tərəfindən pandemiya əleyhinə atılan qabaqlayıcı tədbirlər, ölüm hallarının aşağı səviyyədə olması və aparılan test sayının artması barədə məlumat verilib. Bu, onu nümayiş etdirir ki, ölkədə səhiyyə sahəsində risklər çox yaxşı idarə edilir”.

Cebhe.info xəbər verir ki, bunu iyunun 1-də Asiya İnkişaf Bankının təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə videokonfransda bankın prezidenti Masatsuqu Asakava deyib.

“Cari ilin ilk 4 ayı ərzində ölkənizin makroiqtisadi göstəriciləri kifayət qədər sabit olmuşdur. Dövlət büdcəsinə daxilolmalarda artımın olması təqdirəlayiqdir, lakin ilin ikinci yarısında güclü azalma riskləri ehtimalı mövcuddur. Bu baxımdan, tərəfinizdən ümumi daxili məhsulun 4,3 faizinə bərabər, geniş iqtisadi yardım paketinin qısa müddətdə qəbul edilməsini, pandemiyanın yayılmasının qarşısının alınması üçün səhiyyə sahəsində addımların atılmasını, sosial tədbirləri və biznesin dəstəklənməsini alqışlayırıq. Bildiyim qədər, Azərbaycanın Mərkəzi Bankı da maliyyə sektorunun dəstəklənməsi üçün bir sıra tədbirlər həyata keçirmişdir”,- deyə o vurğulayıb.
Xəzər
Cebhe.info

Mənbə: cebhe.info