THY Türkiyə vətəndaşları üçün ABŞ-dan özəl uçuşlar təşkil edəcək

THY Türkiyə vətəndaşları üçün ABŞ-dan özəl uçuşlar təşkil edəcək

Türk Hava Yolları (THY), yeni növ koronavirus səbəbilə ABŞ-da qalan Türkiyə vətəndaşları üçün Çikaqodan 3 iyun tarixində çarter reys təşkil edəcək.

REAL "CNN Türk"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin ABŞ-ın Çikaqo şəhərindəki Baş Konsulluğu yazılı açıqlama verib.

Açıqlamada 3 iyun tarixində Çikaqonun “O'Hare” hava limanından Türkiyəyə gedən Türk vətəndaşları üçün yerli vaxtla saat 20.00-da özəl reysin təşkil olunacağı ifadə edilib.

Qeyd edilib ki, bu uçuşdan yalnız Türkiyə vətəndaşları və Türkiyə Respublikasında yaşayış icazəsi olan şəxslər istifadə edə biləcək.

Məlumatda biletlərin THY-nin çağrı mərkəzi və [email protected] elektron poçt ünvanı vasitəsi ilə THY Çikaqo ofisindən əldə edilə biləcəyi vurğulanıb.

Uçuş günüdə “Covid-19” simptomları aşkar olunan və ya əvvəllər “Covid-19” diaqnozu qoyulan şəxslərin uçuşlara buraxılmayacağı bildirilib.

Mənbə: www.realtv.az